Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejiminhəbs etdiyi Məhəmməd Eyninin həbs dövrü sona çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rəşt şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eyninin həbs dövrü başa çatdığı üçün onun ayağından elektron qandal açılaraq sərbəst buraxılıb.

Milli-mədəni fəaliyyətlərinə görə rejimin şərliyib 2 il 7 ay həbsə məhkum etdiyi azərbaycanlı fəal cəzasının 8 ayını çəkdikdən sonra həbs dövrünün qalan hissəsini elektron qandalla nəzarətdə keçirirdi.

Qeyd edək ki, Məhəmməd Eyni yanvarın 23-də Rəşt şəhərində rejimin ETTELAAT idarəsinə çağrılaraq, uzun müddət ETTELAAT təcridxanasında dindirildikdən sonra mart ayının əvvəllərində Rəşt şəhərinin mərkəzi zindanına köçürülmüşdü.

Daha əvvəl isə Ərdəbildə etirazlar keçiriləndən sonra eyni gündə Meysəm Colani, Əsgər Əkbərzadə, Məhəmməd Colani, Səid Sadiqifərdə və s. fəallar həbs edilmişdilər. Rejim Məhəmməd Eyni Azərbaycan ordusuna dəstək vermək məqsədilə toplaşmada iştirak etdiyi üçün yaxalamışdı.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …