Bazar , Oktyabr 18 2026
azfa

İran mediası Ermənistanın mövqeyini əks etdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran mediası Ermənistanın son hərbi təxribatını Azərbaycan Ordusunun “erməni mövqelərinə hücumu” adlandırıb.

“Sobhe Tehran” saytı Azərbaycan dövlətini qərəzli şəkildə “Bakı” adlandıraraq iddia edib ki, ötən gün səhər saatlarında “Bakı” qüvvələri guya əvvəlcə Ermənistan ordusunun mövqelərinə artilleriyadan hücum edib və nəticədə 4 erməni yaralanıb. Ermənistan ordusu da cavab tədbirləri görüb ki, bu da bir Azərbaycan hərbçisinin həlak olmasına, daha 4 əsgərinin yaralanmasına səbəb olub.

Ermənistanın mövqeyini əks etdirən İran saytının iddiasına görə, həmçinin erməni tərəfinin hücumu zamanı Azərbaycan Ordusunun bir tankı məhv edilib.

İran saytı daha bir ermənipərəst addım ataraq, xəbərlə bağlı paylaşdığı videodakı Azərbaycan bayrağının üzərindən qırmızı xətt çəkib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …