Cümə , Aprel 26 2024
azfa

İran molla rejimi Türkiyə və Azərbaycana qarşı hərbi təlim keçirəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran molla rejimi Türkiyə və Azərbaycanla sərhəddə hərbi hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirəcək.

Bu barədə İranın ETTELAAT-ına bağlı “Azariha” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, 10 yanvar tarixində keçiriləcək təlim zamanı hava hücumu ssenarisi qurulacaq və sonradan hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf ediləcək.

Təlimlərin Ərdəbil, Şərqi və Qərbi Azərbaycan əyalətlərində, yəni Türkiyə və Azərbaycanla sərhəddə keçiriləcəyi diqqət çəkir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıdakı paraddakı son açıqlamaları fonunda İran təlimləri əlamətdar hadisə kimi qiymətləndirilir.

Həmçinin yoxlayın

Ermənilər Azərbaycanla sərhəddə döyüş mövqelərini sökməyə başladılar

GADTB: Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndi istiqamətindəki mövqeləri sökülür. Bu barədə …

Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzaiyə hələ də məzuniyyətdən məhrumdurlar

GADTB: Azərbaycan Milli Hərəkatının məhbus fəalları Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzai …

Bir cavab yazın