Şənbə , Oktyabr 1 2022
azfa

İran müsəlman məscidlərini dağıdan Çinlə strateji müttəfiq olduğuna etiraf etdi

GADTB:  İranın rəhbərinin Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti müsəlman məscidlərini dağıdan və uyğur müəslmanlarını soyqırıma məruz qoyan Çinlə İranın strateji müttəfiq olduğunu bildirib.  

Əliəkbər Vilayəti deyib: “İran İslam Respublikası Çinlə əməkdaşlığı daha da inkişaf etdirməyə və bu ölkənin Yaxın Şərqdə mövcudluğunu möhkəmləndirmək üçün yardım etməyə hazırdır”. 

Rusiya və Çinin qlobal siyasi sistemdə yeni qütbün formalaşmasında oynadıqları rola görə məmnun olduğunu dilə gətirən Əli Xameneyinin müşaviri, İranın Rusiya və Çinlə əməkdaşlığının regionun təhlükəsizliyi və taleyi üçün çox vacib olduğunu iddia edib. 

 Vilayəti Rusiyanın Ukraynaya hücumunu NATO-nun kütləvi hücumuna Rusiyanın cavabı adlandırıb və İranın da Amerikanın Çinin ərazi bütövlüyünə təhdidini kəskin qınadığını deyib. 

Qeyd edək ki, İran özünü müsəlmanların hamisi kimi qələmə versə də, müsəlmanları düşməni olan Çin və Ermənistan kimi müsəlman düşmənləri ilə müttəfiq olub və islamdan ancaq irqçi farsların mənafeyi uğrunda su-istifadə edir.  

Həmçinin yoxlayın

GADTB başkanı sayın Əjdər bəy Tağızadə Ankarada Anıtkabiri ziyarət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başkanı sayın …

Molla rejimi Güney Azərbaycanın Kərəc şəhərində daha bir gənc qızı qətlə yetirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Kərəc şəhərində daha …