Çərşənbə , Oktyabr 21 2026
azfa

İran qəsdən Ukrayna təyyarəsini vurmaqla öldürdüyü şəxslərə görə kompensasiyadan imtina etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran qəsdən Ukrayna təyyarəsini vurmaqla öldürdüyü şəxslərin ailələrinə kompensasiya ödəməkdən imtina edib.

Ukrayna Xarici İşlər nazirinin müavini Yevgeniya Yenina bu barədə məlumat verərək deyib ki, İran vurduğu Ukrayna təyyarəsindəki sərnişinlərin ailələrinə kompensasiya ödəməkdən imtina edib.

Yenin İranın danışıqlar prosesinə qayıdacağına ümid etdiyini bildirib. O, İrandan istədikləri kompensasiyanın məbləği haqqında məlumat verməyib.

Qeyd edək ki, İranın terrorçu Sepahı Ukraynanın sərnişin təyyarəsini qəsdən vurmaqla günahsız insanlara qarşı cinayət törətmişdir. Rejim faktlar ortalığa çıxana qədər təyyarəni vurduqlarını danmışdır. Lakin mötəbər faktların ortaya çıxmasından sonra təyyarəni vurduqlarına etiraf etmişlər. Rejimin Sepahı qəsdən düz 3 raketlə sərneşin təyyarəsini darmadağın etmişlər ki, kimsə sağ qalmasın.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın