Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Ermənistanın Arazı çirkləndirməsi nəticədə Muğanda mədə xərçəngi tüğyan edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı Ermənistanın Araz çayını zərərli maddələrlə çirkləndirməsi nəticəsində Muğanda mədə-bağırsaq xərçəngi tüğyan edir.

Ərdəbil vilayətinin Vilayətləri üzrə Ali Şurasındakı nümayəndəsi Puya Mücərrəd bununla bağlı xəbərdarlıq edərək deyib ki, Ermənistanın uran, mis və qızıl zavodlarından Araz çayına axıdılan çirkab suları Parsabad əhalisinin bir çoxunda mədə və ümumiyyətlə həzm sistemi orqanlarında xərçəngə səbəb olur.

 Mücərrəd “xərçəng tsunamisi” ilə bağlı xəbərdarlıq edərək deyib: “Parsabad, Muğan, Aslanduz və Biləsuvarın içməli suyu Araz çayından təmin olunur. Mütəxəssislərin fikrincə Parsabad bölgəsi Ərdəbil vilayətində mədə-bağırsaq xərçənginə görə birinci yeri tutur”.

Onun sözlərinə görə, məsələ ilə əlaqədar dəfələrlə İranın aidiyyəti qurumlarına müraciət edilib. Lakin onlar hər dəfə Ermənistandan Araz çayına sənaye müəssisələrinin çirkab suyunun axıdılması faktını təkzib ediblər.

Mücərrəd həmçinin deyib: “Bu günə qədər suyun yoxlanıb-yoxlanılmaması barədə heç bir sənəd göstərməyiblər. Halbuki, bu bölgənin içməli suyunun rəngi dəyişib və bulanıq olub. Parsabad əhalisi xərçəng tsunamisi ilə qarşı-qarşıyadır.  10 ildir ki, ətraf mühit fəalları və Şəhər Şurası üzvləri su məsələsinin həlli üçün çalışırlar. Ancaq heç bir dövlət rəsmisi əhalinin həyatına son qoyan bu problemin həlli üçün çalışmır”.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …

Bir cavab yazın