İran Qrossinin danışıqlarda iştirakına qarşı çıxıb

GADTB: Tasnim News agentliyi xəbər verir ki, İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə hər hansı danışıqlar aparması üçün əsas yoxdur.

Məlumata görə, Qrossinin İsveçrədə olması onun İran və ABŞ arasında keçirilən görüşlərdə iştirak edəcəyi anlamına gəlmir.

Bildirilir ki, Qrossinin danışıqlara cəlb olunması ABŞ tərəfinin təklifi olub, ancaq İran nümayəndə heyəti buna etiraz edib.

Hazırkı görüşlərin əsas məqsədi İran və ABŞ arasında imzalanmış Anlaşma Memorandumunun 13-cü maddəsinin icrasını müzakirə etməkdir. Bu çərçivədə memorandumun 1-ci maddəsinin yerinə yetirilməsi, eləcə də İranın dondurulmuş aktivlərinin azad edilməsi və neft sanksiyalarının aradan qaldırılması məsələlərinə xüsusi diqqət ayrılır./Azad İran

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “TBA TV“də “Tehran Azərbaycana qarışır – Bakının İrana qarşı hansı kozırları var?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Körfəz Əməkdaşlıq Şurasının baş katibi: İran İslam Respublikası rejimi müharibənin tərəfi olmayan ölkələrə hücum edib

GADTB: Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Bədəvi 2026-cı il oktyabrın 31-də …