Çərşənbə , Avqust 12 2026
azfa

İran Quzey Azərbaycanda Sepah terrorçusuna müsabiqə elan etməklə bu ölkədə terrorun təbliğə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran qanunsuz olaraq Quzey Azərbaycanda Sepah terrorçusuna müsabiqə elan etməklə açıq şəkildə bu ölkədə terrorun təbliğə başlayıb.

Bakıdakı İran Mədəniyyət Mərkəzi Bağdadda öldürülmüş terrorçu İslam İnqilabı Keşikçilər Korpusunun komandiri baş terrorçu Qasım Süleymaninin xatirəsinə həsr olunmuş poeziya, musiqi, məqalə, rəsm və klip müsabiqəsi keçirəcək.

İRNA-nın iddiasına görə, Süleymaninin ölümündən sonra İran Mədəniyyət Mərkəzinə onun cəsarəti haqqında çox sayda ədəbi və bədii əsərlər verilib.

Rejim terrorçu xatirəsinin qaliblərinə mükafatlar verəcəyini bildirir.

Qeyd edək ki, irqçi-fars molla rejimi baş terrorçusu Qasım Süleymaninin əliylə region ölkələri, o cümlədən İraq, Suriya, Afğanıstan, Yəmən, Livan və s. ölkələrdə terrorçu qruplar təşkil etməklə yüz minlərlə günahsız müsəlmanın qətliamına səbəb olub. Ona görə də bu müsəlman ölkələrində insanlar baş terrorçu Qasım Süleymaninin bannerlərini cırıb yandırırlar.

Həmçinin yoxlayın

Təqaüdçülər Güney Azərbaycan şəhərlərində etiraz aksyası keçiriblər

GADTB: Güney Azərbaycanın Həmədan və Təbriz şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri ənənəvi həftəlik etiraz aksiyası …

ABŞ və İranın 60 günlük atəşkəsin uzadılmasına razılaşdığı bildirilir

GADTB: Bu gün ABŞ və İranın 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəldiyi bildirilib. Bununla …

Bir cavab yazın