Çərşənbə , Oktyabr 21 2026
azfa

Rejimin həbs etdiyi azərbaycanlı fəal Höccət İmamidən xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal və müəllim Höccət İmaminin həbsindən 2 həftə keçməsinə baxmayaraq ondan heç bir xəbər yoxdur.

İrqçi fars rejimin təhlükəsizlik və məhkəmə orqanları fəalı nə üçün yaxaladığı və ona qarşı nə ittiham irəli sürməsi barədə heç bir məlumat vermir. Buna görə də fəalın Sayınqalada yaşayan ailəsi onun sağlıq durumu və harada saxlanılmasından xəbərsizdirlər.

Fəalın ailəsi davamlı olaraq aidiyyəti orqanlarla əlaqə saxlasa da, Höccət İmami barədə heç bir xəbər ala bilməyib.

Qeyd edək ki, rejimin məmurları azərbaycanlı fəal və müəllim Höccət İmamini yanvarın 7-də, Sayınqalada öz evində həbs ediblər. Onlar fəalı ifadə vermək adı ilə Urmiyada rejimin ETTELAAT İdarəsinə aparmışlar.

Fəal 1 gün sonra ailəsi ilə qısa telefon əlaqəsində Urmiyada saxlandığını bildirmişdir.

Məmurlar fəalı yaxalayarkən Höccət İmaminin evində axtarış aparıb, ona məxsus notbuk, mobil telefon və kitabları özləri ilə aparıblar.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın