Çərşənbə , Yanvar 15 2025
azfa

İran rejimi azərbaycanlı fəallar Mirmusa Ziya Gərgəri və Muxtar İbrahimini mühakimə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Marağadakı müstəntiqi Əmir Qəffarinin rəhbərliyi ilə Marağa şəhərində rejimin Ümumi və İnqilab Prokurorluğunun birinci istintaq şöbəsi azərbaycanlı fəallar Mirmusa Ziya Gərgəri və Muxtar İbrahimi barədə qərar verərək, fəalların dosyesini prokurorluğa göndərilib.

Qərar yanvar ayının 14-də elektron sistemi vasitəsi ilə Mirmusa Ziya Gərgəri və Muxtar İbrahimiyə bildirilib. Prokrorluğun təsdiqi ilə həmin azərbaycanlı fəallar “siyasi” müttəhim sayılacaq.

Muxtar İbrahimiyə qarşı “Sistemin təhlükəsizliyinə qarşı qrup yaratmaq” və “sistemə qarşı təbliğat fəaliyyəti” ittihamı irəli sürülüb, Mirmusa Ziya Gərgəriyə qarşı isə “Sistemə qarşı təbliğat fəaliyyəti” ittihamı irəli sürülüb.

Rejim fəalları şərəmək üçün saxta dəlillərdən istifadə edib: “Marağada kəşfiyyat şöbəsinin hesabatı”, “Hər iki fəalın Marağa və Təbriz şəhər kəşfiyyat idarələrində dindirilmə zamanı verdikləri ifadələr”, “Həmin şəxslərin fəaliyyətindən məhkəmə işinə əlavə edilmiş faktlar”, “Hər iki fəalın bir-birləri ilə əlaqəli olduqları barədə etirafları”, “Muxtar İbrahiminin internetdə fəaliyyətinin çap edilmiş nüsxələri və qeydə alınan texniki sorğular” və “digər mövcud dəlillər”.

Rejimin prokuroru müttəhimlərə qarşı ittihamları tanıyıb və qərarın prokurorun təsdiqindən sonra qəti olacağını bildirib.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan valisi Rza Rəhmanidən mühacir kürd Qəsim Osmaniyə kəskin cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan valisi Rza Rəhmani mühacir kürd Qəsim …

Molla rejimin Tehranda həbsdə saxladığı azərbaycanlı alimin həyatı təhlükədədir

GADTB: İrqçi fars-molla rejimin Tehranda həbsdə saxladığı azərbaycanlı alim Əhmədrza Calalinin həyatı təhlükədədir. Tehranın Evin …