GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin məhkəməsi azərbaycanlı milli-mədəni fəal Babək Kiyumərsini iki il həbs cəzasına məhkum edib.
Güney Azərbaycanın Culfa şəhər sakini olan fəallara qarşı həbs qərarı rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 3- cü şöbəsinin hakimi Fəthnejad tərəfindən çıxarılıb.
Hökm şifahi şəkildə Babək Kiyumərsinin vəkilinə bildirilib. Onun təcridxanada keçirdiyi günlər də həbs müddəti kimi hesablanacaq.
Qeyd edək ki, Babək Kiyumərsi ötən il digər milli fəal Səid Sultani ilə birlikdə Culfa şəhərində iş yerlərində İran rejiminin ETTELAAT qüvvələri tərəfindən tutularaq rejimin Təbrizdəki ETELAAT İdarəsinin zindanına salınmışdılar.
Bir müddət sonra onlar hər biri 500 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdılar.