Bazar , Oktyabr 18 2026
azfa

İran rejimi dinc etirazların silah gücünə yatırılması ilə bağlı qanun layihəsi məclisdə təsdiq etdirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran məclisi İran rejiminin dinc etirazların silah gücünə yatırılması ilə bağlı qanun layihəsini təsdiq edib.

İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Mahmud Abbaszadə Meşkini “etirazların silah gücünə yatırılması ilə bağlı qanun”a düzəlişlərin edilməsi ilə əlaqədar layihənin sözügedən komissiyada qəbul edilməsi ilə bağlı xəbər yayıb.

Bu layihə etirazların yatırılması zamanı İran Silahlı Qüvvələrinin və əmniyət məmurlarının silahdan istifadəsini asanlaşdırır. Daha əvvəl bəzi hüquqşünaslar sözügedən qanunun qüvvəyə minəcəyi halda təhlükəsizlik qüvvələrinin silahdan istifadəsinin asanlaşmasının acı nəticələri barədə xəbərdarlıq ediblər.

Qanun layihəsini tənqid edənlər bildirirlər ki, ölkənin hərbi və təhlükəsizlik qüvvələri etiraz aksiyaları, o cümlədən 2019-cu ilin noyabrında baş verən kütləvi mitinqlər zamanı özləri üçün silahdan istifadəni məhdudlaşdırmayıblar.

İbrahim Rəisi hökumətinin dəstəyi ilə parlamentə təqdim edilən qanun layihəsinin yaxın günlərdə İslam Şurası Məclisinin ümumi iclasında səsverməyə qoyulacağı gözlənilir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …