Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Ermənistan- Tehranda münasibətlərində hərəkətlilik davam edir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana”a istinadən yaydığı məlumata görə, Ermənistanın Tehrandakı səfiri Arsen Avakyan İranın elm nazirinin beynəlxalq məsələlər üzrə müavini, Beynəlxalq Elmi Əməkdaşlıq Mərkəzinin rəhbəri Vəhid Həddadi-Əsl ilə görüşüb.

İranın Elm Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər üç məsələ: tələbə mübadiləsi, texnologiya mübadiləsi və texnologiya transferi, elm və texnologiya parkları haqqında fikir mübadiləsi aparıblar.

Tərəflər arasında əsas müzakirə mövzularından biri də Ermənistan universitetləri ilə tanışlıq və qiymətləndirmək məqsədilə İranın Elm Nazirliyinin nümayəndə heyətinin İrəvana ezam edilməsi, qarşılıqlı maraq doğuran sahələrdə məlumat mübadiləsi və birgə tədqiqat mərkəzlərinin yaradılması olub.

Erməni səfir ölkəsinin elm nazirinin İran tərəfinin təklif etdiyi müddətdə Tehrana səfər etməyə hazır olduğunu açıqlayıb.

Öz növbəsində, İranın elm nazirinin müavini də ölkəsinin dost və qardaş ölkələrlə, xüsusilə də İranın qonşuları ilə elmi-texniki əməkdaşlığı genişləndirməyə tam hazır olduğunu, eləcə də ölkələr arasında əlaqələrin yaxşılaşdırılmasının zəruriliyini vurğulayıb.

Həmçinin İslam Şurası Məclisinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Murtaza Mahmudvənd Ermənistan parlamentinin sədri Alen Simonyanın yaxın günlərdə İrana səfər edəcəyi barədə məlumat verib.

Bu barədə “Cavan” xəbər ajansına açıqalamasında o, deyib: “Səfər zamanı ekologiya məsələləri də müzakirə olunacaq. Araz çayının kənarındakı iki sənaye karxanası çayın çirklənməsini daha da artırıb və Türkiyənin bənd tikintisi ekoloji problemlər yaradır”.

Ötən günlərdə İran parlamentinin üzvləri KTMT-nin Parlament Assambleyasının iclasında iştirak etmək üçün Ermənistana səfər etmiş və iki ölkə arasında ekologiya məsələləri müzakirə edilmişdi.

Bundan öncə isə “Araz” Azad İqtisadi Zonasının rəhbəri Mohsen Nəriman Araz çayının çirklənməsi ilə bağlı İran-Ermənistan Birgə Monitorinq üzrə İşçi Qrupunun fəaliyyətə başlaması barədə xəbər verib.

Nərimanın sözlərinə görə, iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasında əldə olunmuş razılığa əsasən, monitorinq üçün Araz çayına çirkab suların axıdıldığı yerə video avadanlıq quraşdırılacaq.

Həmçinin yoxlayın

Molla rejimi Bosniyada müsəlmanların başlarına gələnlər soyqırımı saymır

GADTB: İranın Belqraddakı səfiri Rəşid Həsənpur telekanala müsahibəsində deyib: “Bosniyada müsəlmanların başlarına gələnlər cinayət əməli …

Tehranın Əmir Kəbir Universitetində məcburi hicab qaydalarına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının …