Türkiyə Qaradənizdən qaz çıxarmaq üçün ilk borunu Qara dənizə endirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Qara dənizdəki Sakarya yatağından təbii qazı quruya çatdırılacaq kəmərin ilk borusunu dənizə endirir.

Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz deyib.

“Biz hazırıq! Cəmi bir neçə saat qaldı. Qara dəniz təbii qazını quruya çatdırılacaq kəmərin ilk borusu dənizə enir”, – Dönmez bildirib.

Qeyd edək ki, Türkiyə Qara dənizdə 540 milyard kubmetr qaz hasilatı və nəqli layihəsinə təxminən 10 milyard dollar sərmayə qoyacaq. Türkiyənin Qara dəniz şelfindəki Sakarya qaz yatağından Filyos limanına qədər qaz kəmərinin dəniz hissəsinin ümumi uzunluğu 155 kilometr olacaq. Planlara görə, yataqdan ilk qaz 2023-cü ildə Türkiyəyə gəlməlidir.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …