Bazar ertəsi , Yanvar 24 2022
azfa

İran rejimi erməni təcavüzünü pislədiyinə görə azərbaycanlı fəal Səccad Rəsulzadəni cərimələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Meşginşəhrdə (Xiyav) yerləşən məhkəməsi Xiyav sakini azərbaycanlı milli-mədəni fəal Səccad Rəsulzadə Mirəki “İctimai rəyi təhrik etmək məqsədi ilə yalan yaymaqda”da ittiham edərək, beş milyon rial cərimələyib.

Rejimin Xiyavdakı Cinayət Məhkəməsinin 102 saylı şöbəsi bu barədə qərar çıxarıb.

Fəraməz Məhəmmədzadə Paramın sədrliyi ilə Cinayət Məhkəməsinin 102 saylı şöbəsi, “İslam Cəza Qanunu”nun 746-cı maddəsinə və 2013-cü ildə qəbul edilmiş Cinayət Prosessual Məcəlləsinin 265-ci maddəsinə əsasən azərbaycanlı milli-mədəni fəala beş milyon rial cərimə qərarı çıxarıb.

Qeyd edək ki, azərbaycanlı fəal Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatına dəstək vferdiyi və İranın Ermənistana yardımlarına qarşı etiraz kampaniyalarına qatıldığı üçün atasının evində yaxalanmışdı. Xiyav şəhərinin 11-ci polis bölməsinə aparılan Səccad Rəsulzadə bir gün sonra 30 milyon tümən girov qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …