Çərşənbə , Aprel 2 2025
azfa

İran rejimi ermənilərə yardım üşçün Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər təşkil etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Qriqoyan rejimi işğalçı ermənilərə yardım məqsədilə qanunsuz şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə nümayəndə heyəti göndərib. Bu isə ermənipərəst İranın Azərbaycan ərazilərinə təcavüz deməkdir.

İran parlamentinin bir qrup üzvü 4 oktyabr tarixində qondarma “Dağlıq Qarabağ”ı ziyarət edib.

Erməni mətbuatının verdiyi xəbərə görə, ziyarətdə İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəsmi nümayəndəsi Abülfazl Əmui və komitənin bir sıra üzvləri iştirak edib.

Məlumata görə ziyarətə səbəb qondarma “Dağlıq Qarabağ”dakı hadisələri müzakirə etmək olub.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Azərbaycana qarşı olan mühacir kürd Hakim Məmkan qatil Simkonun fotosu altında şəkil çəkdirib

GADTB: Mühacir kürdlərdən Urmiya adına İran məclisinə göndərdikləri Hakim Məmkan Qaqarin “Urmiya qəssabı” kimi tanınan …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Turk TV”-də “İsraildən dağıdıcı əməliyyat – İrana ağır zərbə” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Bir cavab yazın