GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Güney Azərbaycanın Vərziğan bölgəsindəki mis mədən kompleksinin 3-cü fazasının işlənməsi kürdlərin podratçı Pavan Şirkətinə verib. Həmin kürd şirkəti isə yerli işçiləri işdən çıxarıb, əvəzində mühacir kürdləri işə götürməkdədir.
Pavan Şirkətinin rəhbərliyinin əksəriyyətini kürdlər təşkil edir. İran rejimi bölgəni kürdləşdirmək üçün 2018-ci ildə həmin mədəni podratçı kimi şirkətə həvalə edib.
Rejimin ayrıseçkilik siyasəti nəticəsində şirkətin ümumi 200 işçisindən yalnız 50 nəfəri yerli azərbaycanlıdır. Qalan 150 işçi mühacir və əsasən kürdlərdən ibarətdir. Noyabardan işçilərin şirkətlə əməkdaşlıq müqavilə sona çatır. Pavan Şirkəti artıq azərbaycanlı işçiləri işdən çıxarmağa start verib və qalan azərbaycanlı işçilərin yerinə də Kürdüstandan kürd işçilər işə qəbul edir.
İrqçi fars rejim Antiazərbaycan siyasətlə Güney Azərbaycanı kürdləşdirməyi planlaşdırır və bu istiqamətdə qanunsuz olaraq hətta Azərbaycan mədənlərinin talanmasına da kürdləri cəlb edir.