İran rejimi qəsdən Urmiya gölü qurutmağa davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Urmiya gölünə axan çayların qarşısını kəsdiyi üçün gölün həcmi təkcə keçən ilə nisbət 59 faiz azalıb və göldəki su 3 milyard 11 milyon kubmetrə enib.

Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin texniki məsələlər üzrə rəis müavini Höccət Cabbari də çayların qarşısını kəsilməsinə etiraf edərək deyib ki, cari ildə Urmiya gölünə buraxılmalı olan 3,4 milyard kubmetr su payının yalnız 700 milyon kubmetri  gölə buraxılıb.

Cabbari hazırkı iqlim şərayiti, yağıntıların miqdari və gölə axan suların vəziyyətini nəzərə alaraq yeni ildə də Urmiya gölünün bərpası yönündə müsbət irəliləyişin olmayacağını söyləyib.

Qeyd edək ki, İran rejimi bir tərəfdən yarıtmaz siyasətlə bölgədə məcburən suya çox ehtiyacı olan məhsulların əkilməsinə rəvac verib, digər tərəfdən isə Urmiya gölünə axan çayların qarşısını kəsməklə gölü qurudub. Bu da bütün Azərbaycan ərazisində ekoloji fəlakətin baş verməsinə gətirib çıxarıb.

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …