Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İran rejimi Təbrizdə aşkarlanan qədim tarixi abidələri dağıdır-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Təbrizin Rastaküçə bölgəsində aşkarlanan qədim tarixi abidələri dağıdır.

Hətta tikinti də dayandırılmır. Təbriz Tarixi Bazarı Kompleksinin sədri Hüseyn İsmaili mediaya açıqlamasında bununla bağlı deyib ki, Təbriz bazarı ərazisində tarixi abidələrin aşkarlanmasına baxmayaraq tikinti əməliyyatının dayandırılmayıb.

İsmaili tarixi abidənin yerləşdiyi bölgədə aparılan qazıntı işlərinin öncədən bildirilmədən və Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin rəsmi icazəsi olmadan aparıldığını söyləyib.

O həmçinin deyib: “Tarixi abidənin aşkarlanmasına, bələdiyyəyə yazılı müraciət etməyimizə baxmayaaq qazıntı və tikinti işləri dayandırılmadığı üçün məhkəməyə baş vurmuşuq”.

Qeyd edək ki, mayın 21-də Təbrizin mərkəzində, tarixi bazar ərazisində qazıntı işləri zamanı tarixi abidənin aşkarlanması sosial mediada geniş yayılıb və əhali tarixi abidənin dağıdılmasına etirazlarını bildiriblər.

Lakin İran rejimi hər zaman olduğu kimi Azərbaycanın tarixi abidələrinin dağıdılmasında maraqlı olduğu üçün həmin tarixi abidəni də dağıtmağa çalışır.

https://www.youtube.com/shorts/yBtKskfLSz8

https://www.youtube.com/shorts/SD8E2Mj-Jt8

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …