Çərşənbə , Oktyabr 21 2026
azfa

İran rejimi Təbrizdə Oğlu kəndinə polis yeridib, qarşıdurma olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən səhər saatlarında İran rejiminin polis qüvvələri bələdiyyə işçilərinin müşayiəti ilə Təbriz yaxınlığında yerləşən Oğlu kəndi ətrafındakı torpaq sahələrinə girərək, evlərin və bağların divarlarını dağıtmağa cəhd göstəriblər. Lakin kəndlilərin müqaviməti ilə qarşılaşaraq ərazidən uzaqlaşmağa məcbur olublar.

Bir neçə saat sonra isə onlarla xüsusi təyinatlı hərbi texnika ilə yenidən həmin əraziyə gəlib və kənd sakinləri ilə aralarında kəskini toqquşma olub.

Toqquşmalarda xüsusi polis qüvvələri kənd əhalisinə vəhşicəsinə hücum edərək onları döyməklə yanaşı, kəndlilərin əmlakına və avtomobillərinə də xəsarət yetirib, bəzi avtomobillərin şüşələrini sındırıb, bəzilərinin dövlət nömrə nişanlarını özləri ilə aparıblar.

İki saatdan çox davam edən qarşıdurma nəticəsində kənddə bir neçə tikili dağıdılıb.

İran rejiminin polis qüvvələrinin 5 kənd sakinini həbs edib və onlar barəsində həbs qərarı çıxarılıb.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …