Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İran rejimi tərəfindən repressiyaya məruz qalan Qaşqay türklərinə Təbrizdən dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı milli-mədəni fəal İran rejiminin Qaşqay türklərini ata-baba yurdlarından məcburi şəkildə köçürməsi və onları repressiyalara məruz qoymasına etiraz ediblər.

Bu məqsədlə azərbaycanlı fəallar şəhərdə “İcbari köç, modern soyqırımdır” yazılmış plakat açıb və Qaşqay türklərinə dəstəklərini nümayiş etdiriblər.

Azərbaycanlı fəallar həm də insanların diqqətini Qaşqay türklərinə qarşı ədalətsizlik və repressiyalara yönəltmək istəyiblər.

Qeyd edək ki, İran rejimi Qaşqayların ata-baba yurdu Qoçkoroğlu bölgəsinin Helikan ərazisindən Qaşqay türklərini zorla qovurlar.  Rejim və onlar lor əlaltıları Qaşqay türklərinin örüş bölgəsini mənimsəmək istəyirlər. Vaxtilə mövcud olan böyük Qaşqay vilayəti Pəhləvi rejimi tərəfindən bir neçə vilayətə bölünüb ilhaq edildikdən sonra indi də rejim zorla qaşqayların ərazisini mənimsəyib, bu yolla onları assimilyasiyaya uğradaraq bir millət kimi məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …