Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Türkiyə malları Avropanı fəth edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “PROMOTÜRK” İdarə Heyətinin sədri Mehmet Yücətürk Türkiyənin Avropada Çini üstələdiyinə toxunaraq deyib ki, Avropadakı ən böyük rəqibimiz olan Çinə qarşı ciddi üstünlüklərimiz var. Bunlardan biri də coğrafi yaxınlıqdır.

“Bundan əlavə, Çindən məhsul gətirmək üçün ödəməli olduğunuz logistika xərcləri də çox artıb. Digər tərəfdən də vaxt da çox uzandı. Türkiyə olaraq əsas hədəfimiz AB ölkələridir. İxracımızın təxminən 80 faizini bu ölkələrə edirik. Çin şirkətləri də promosyon məhsullarını Türkiyədə istehsal edərək, ən böyük bazarı olan AB-yə satmaq istəyir. Çünki qeyd etdiyimiz kimi, bizim böyük üstünlüklərimiz var. Hazırda Türkiyəyə xüsusilə Çindən gələn promosyon məhsullarının istehsalı üçün ciddi investisiya marağı var. Çinlilər burada istehsal edib satmaq istəyirlər. Onların hazır bazarları var. Çinli investorlar Türkiyədə axtarışa başlayıb. Onlar bu məsələ ilə bağlı texniki-iqtisadi əsaslandırmalar aparırlar. Bəzi şirkətlərimizlə əlaqə saxlayırlar”, – deyə Yücətürk bildirib.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …