İran rejimi terrorçu bəsicilərini Azərbaycana qarşı piketə çıxardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi terrorçu bəsicilərini Azərbaycana qarşı piketə çıxarıb.

Rejimin göstərişi ilə bir qrup terrorçu qadın bəsici Azərbaycanda İslam müqəddəslərinin təhqir edildiyi iddiası ilə yürüş keçirib. Həmçinin İranın terrorçu bəsic üzvləri Tehranda Azərbaycan səfirliyinin önündə Bağırzadəyə dəstək aksiyası düzənləyib.

Hər iki hadisənin İran tərəfindən idarə olunduğu aydın görünür, xüsusilə, İran Milli Televiziyasına – İRİB-ə bağlı “Parstoday” tərəfindən tirajlanması fonunda.

Tehranda səfirliyimizin önündə keçirilən aksiyada diqqətçəkən məqamlardan biri də rəsmi Bakıya “tövsiyə”lərin verilməsidir: ABŞ və İsrail bayrağını yandıran iranlı bəsicilər tələb edirlər ki, Azərbaycan İsrail dövləti ilə münasibətləri yenidən nəzərdən keçirsin;

İran bu aksiya ilə Bakıya qarşı “klassik planı”nı yenidən işə salır: Azərbaycanın anti-İslam imicini formalaşdırmaq, inanclı kəsimi siyasi məqsədləri ətrafında cəmləşdirmək;

Bakı-İrəvan xəttində sülh danışıqlarının müzakirə edildiyi və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası istiqamətində ilk praktiki addımın (komissiyanın yaradılması və sərhəddə görüşün keçirilməsi) atılması fonunda “Ermənistan sərhədini “qırmızı xətti” elan edən İranın hücuma keçməsi təsadüfi deyil. Bakıya qarşı din adı ilə müəyyən fəaliyyətlərin və təbliğatın genişlənəcəyi istisna deyil.

Təhlükəli prosesdir, çünki İran Azərbaycanda “şəriət rejimi” qurmaq planlarını prioritet olaraq saxlayır və buna fürsətin yaranmasını gözləyir.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …