Cümə axşamı , Yanvar 2 2025
azfa

İran rejimi Urmiya gölünü qurutduğu üçün Güney Azərbaycanı duz qasırğası bürüdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Urmiya gölünə axana çayları kəsməklə gölünü qurutduğu üçün Güney Azərbaycanı duz qasırğası bürüyüb.

Artıq Urmiya gölü ətrafında və Təbriz-Urmiya yolunda meydana gələn güclü duz fırtınası ilə bağlı çoxsaylı videolar yayılıb.

Duz fırtınasına səbəb isə İran rejiminin Urmiya gölünü qurutmasıdır. Bu vəziyyətdə isə Güney Azərbaycanı müstəmləkə vəziyyətinə salmış İran rejimi yaratdığı ölümcül ekoloji fəlakətdən də öz xeyrinə istifadə etmək istəyir. Belə ki, Güney Azərbaycanda həyatın məhv olması bahasına Urmiya gölünün duzunu talamaq istəyir. Lakin Urmiya gölünün duzunun talanması nəticəsində isə duz qasırqasının daha geniş vüsət alacağı və bütün Azərbaycanı xarabaya çevirəcəyi bildirilir.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …