Cümə axşamı , Yanvar 2 2025
azfa

İran rejimindən daha bir faşistlik; Fars dilindən istifadə etməyənlərə xəbərdarlıq sistemi yaradılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın mədəniyyət naziri Məhəmmədmehdi İsmayıli daha bir irqçi hərəkətə başlayıb. nazirliyin aidiyyatı bölmələrinə fars dili və əlifbasından istifadə etməyənlərə xəbərdarlıq edən sistem hazırlamaqla bağlı tapşırıq verib.

Bu irqçi hərəkət barədə İranın Fars Dili və Ədəbiyyatı Akademiyasının rəisi Qulaməli Həddad Adilin də iştirakı ilə keçirilən Fars Dilinin Qorunmasına dair Koordinasiya Şurasının iclasında məlumat verilib.

İrqçi nazir bildirib ki, fars dili və ədəbiyyatı onlar üçün o qədər “əhəmiyyətlidir” ki, zərurət yaranarsa, ondan istifadə etməyənlərlə bağlı daha sərt qanunlar qəbul ediləcək.

Məhəmmədmehdi İsmayıli, həmçinin qeyd edib ki, Əli Xamenei, Həddad Adil və ölkə prezideni fars dili və ədəbiyyatının qorunmasının “vacib olduğunu” vurğuladıqları üçün onun nazir olduğu dövrdə bu işə xüsusi əhəmiyyət veriləcək.

Qeyd edək ki, öz dillərini başqalarına zorla q1əbul etməyi əhəmiyyətli sayan irqçi fars rejimi Azərbaycan türkcəsini məhv etmək üçün hər növ qadağa tətbiq edib.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …