Çərşənbə axşamı , May 17 2022
azfa

İran rejiminin edama məhkum etdiyi azərbaycanlı alim Əhmədrza Calalinin sağlıq durumu ağırlaşıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin edama məhkum etdiyi İsveç vətəndaşı olan azərbaycanlı alim professor Əhmədrza Calalinin sağlıq vəziyyəti ağırlaşıb.

Əhmədrza Calalinin həyat yoldaşı Vida Mehrannianın verdiyi məlumata görə Əhmədrza cərrahiyyə əməliyyatı keçirdikdən sonra sağlıq durumu pisləşib.

Mehrannia deyib ki, yanvarın 22-də kəskin bağırsaq xəstəliyi səbəbindən ağır vəziyyətdə xəstəxanaya aparılaraq əməliyyat olunan Calali bir gün sonra, yanvarın 23-də yenidən Evin zindanına qaytarılıb.

O deyib ki, bu Calali üzərində həyata keçirilən sayca ikinci cərrahiyyə əməliyyatıdır və bundan sonra onun psixoloji və fiziki ağırlaşıb.

Qeyd edək ki, 2016-cı ilin mayında elmi konfransda iştirak etmək üçün İrana səfər edən professor Əhmədrza Cəlali Mossad-a casusluq ittihamı ilə rejim tərəfindən yaxalanaraq edama məhkum edilib.

Həmçinin yoxlayın

Enerji və tranzit: Tehran-İrəvan əməkdaşlığının ən mühüm sahələri

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana” istinadən yaydığı məlumata görə, İran Ermənistanla əlaqələri və əməkdaşlığını gücləndirir. …

Azərbaycan türkcəsini məhv edən İrandan məktəblərdə “fars dilini qoruma zəngi”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 40 milyondan çox türkün dilini qadağan edib, məhvə …