Bazar ertəsi , Sentyabr 26 2022
azfa

İran rejiminin həbs etdiyi azərbaycanlı milli fəal Məhəmməd Eyni elektrik qandalla sərbəst buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Rəştdə həbs etdiyi azərbaycanlı milli fəal Məhəmməd Eyni elektrik qandalla sərbəst buraxılıb.

Azərbaycanlı fəalın yaxınlarının bildirdiyinə görə, rejimin məhkəməsi Məhəmməd Eynini 2 il 7 ay həbsə məhkum edib. Fəal isə yaxınları ilə məsləhətdən sonra məhkəmə qərarına etirazdan vaz keçib. 8 ay həbsdə qaldıqdan sonra o elektrik qandalla sərbəst buraxılıb.

Qeyd edək ki, Rəşt şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eyni yaxalanandan uzun müddət sonra Rəşt mərkəzi zindanına köçürülmüşdür.

Azərbaycanlı fəalın yaxınları fəalın girov qarşılığında zaminə buraxılmasına icazə verilmədiyini billdirmişdilər.

Məlumata görə, məsələnin ictimailəşdirilməməsini istəyən İranın ETTELAAT qüvvələri fəalın ailəsini təhdid etmişdi.

Fəalın ailə üzvlərinin bildirdiyinə görə yanvarın 23-də ETTELAAT İdarəsinə çağrılan azərbaycanlı milli-mədəni fəalın harada saxlanıldığı barədə məlumat vermişdilər.

Bundan öncə azərbaycanlı mili fəalın yaxənları Gilan əyalətinin Rəşt şəhərinin təhlükəsizlik idarəsi, polis bölməsi və məhkəmə orqanlarına müraciətlərinə təhqiramiz formada cavab verilərək, onlar hədələnmişdilər.

2020-ci ilin oktyabr ayında Məhəmməd Eyni İbrahim Gənci və Vədud Əsədi ilə birgə Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək verdiklərinə görə İran rejimi onları yaxalamışdı.

Azərbaycanlı mili fəallar şərlənərək, “Ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət” və “Sistemə qarşı təbliğat” ittihamı ilə mühakimə olunmuşdular. Lakin 2021-ci ilin noyabr ayında Rəşt şəhərinin İnqilab Məhkəməsinin 12-ci bölməsi tərəfindən barələrində qaldırılan cinayət işinə son verilmişdir.

Həmçinin yoxlayın

Ukrayna Rusiyanın 56700 hərbçisini məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 214-cü günü üçün Rusiya ordusunun itkiləri …

İran dövləti azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə telefon danışığına adağa qoyub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Ərdəbildə keçirilən dinc etirazlardan sonra …