Bazar ertəsi , Dekabr 30 2024
azfa

İran rejiminin həbs etdiyi azərbaycanlı milli fəal Əkbər Nəiminin videomüraciəti yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin milli-mədəni fəaliyyətlərinə görə Tehranın Evin zindanında həbsdə saxladığı azərbaycanlı fəal və insan haqları müdafiəçisi Əkbər Nəiminin videomüraciəti yayılıb.

Nəimi həbsdən öncə qeydə aldığı videosunda yaxalanması, məhkəməsi və yaxalanma səbəbləri barədə açıqlama verib.

Əkbər Nəimi videomüraciətdə bildirir ki, təhlükəsizlik və məhkəmə məmurları ilk öncə onu mətbuatla əməkdaşlığına görə yaxalayıb, sorğu-suala tutub və mühakimə ediblər. Ancaq iddia ilə bağlı əllərində sübutlar olmayıb. O II Qarabağ müharibəsi zamanı İranın Ermənistana yardımına etiraz olaraq Güney Azərbaycanda keçirilən etirazlarda yenidən yaxalandığını bildirib.

O, bu dəfə 2013-cü ildə Beynəlxalq Ana Dili Günü mərasimində etdiyi çıxışa görə ittiham olunaraq ağır həbs cəzasına məhkum olunduğunu bildirib.

Qeyd edək ki, Güney Azərbaycanın Xoy şəhərindən olan Əkbər Nəimi iyulun 19-da Təbriz şəhərində yaxalanaraq Tehranın Evin zindanına köçürülüb. Rejim fəalı şərləyərək 9 il 8 ay həbs cəzasına məhkum edib.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə və sayın Mahmudəli bəy Çehrəqanlının “TBA TV“də “Molla rejimi devrildikdən sonra Güney Azərbaycanın taleyi necə olacaq?” mövzusunda çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

GADTB-nin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bildirişi

GADTB: 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü deyəndə parçalanmış Azərbaycan …