Çərşənbə , Yanvar 15 2025
azfa

İran rejiminin məhkəməsi erməni təcavüzünü pislədiyinə görə yaxaladıqları fəallardan 10 nəfəri barədə qərar verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə İranın yaxaladığı fəallardan 10-u barədə rejimin Ərdəbildə yerləşən məhkəməsi qərar qəbul edib.

Rejimin Ərdəbildə yerləşən Cinayət Məhkəməsinin 106-cı şöbəsi Ərdəbil sakini olan 10 nəfər azərbaycanlı milli-mədəni fəala qarşı irəli sürdüyü üç ittihamdan ikisi barədə bəraət qərarı çıxarıb.

Həmin azərbaycanlı fəallar Mərziyə Cavanşir, Mehrdad Əlayi, Əli Məali Təqi Dizəc, Məhəmməd Rza Əbdian, Ramin Danəndə, Ramin Xorşidi Zəngbar, Şəms Əliməhəmmədi Vərgəsəran, Əhməd Məhəmmədpur, Puya Həsənxani və Daryuş Niyazi Şiranı erməni təcavüzünü pislədiklərinə görə hələ də İran rejimi vasitəsilə cəzalandırılmaqdadırlar.

Sırf erməni təcavüzünü pisləyən həmin azərbaycanlı fəallara göndərilən bildirişdə onların ittihamı “Milli təhlükəsizliyə qarşı toplaşmada iştirak və əlbir olmaq”, “Səs-küy salaraq ictimai asayişi pozmaq” və “Vəzifə başında olan polisin əmrinə tabe olmamaq” göstərilib.

Dekabrın 19-da qəbul edilən qərar son günlər fəalların əlinə çatıb.

Qeyd edək ki, həmin azərbaycanlı fəallar, oktyabr ayının 10-da, Qarabağın azad edilməsi əməliyyatlarına dəstək məqsədilə dinc aksiya keçirməyə çağırış etdikləri üçün İran rejimi tərəfindən zorakılığa məruz qalaraq həbs edilmişdilər.

Ərdəbilin Ciral parkında erməni təcavüzünü pislədiyinə görə yaxalanan, eləcə də digər şəhərlərdə yaxalanan fəallar barədə məhkəmə qərar çıxarmayıb. Yaxalanan fəallar 500 milyon tümənlik zəmanət girov qoymaqla zaminə buraxılıblar.

Həmçinin yoxlayın

İranda 10 yaxın siyasi məhbusun edam ediləcəyi barədə xəbərdarlıq edilib

GADTB: İranda 10 yaxın siyasi məhbusun edam ediləcəyi barədə xəbərdarlıq edilib. “Çərşənbə axşamları edama yox” …

Türkiyənin 5-ci nəsil KAAN qırıcısının 2-ci prototipinin görüntüləri yayıldı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin 5-ci nəsil KAAN qırıcısının 2-ci prototipinin görüntüləri …

Bir cavab yazın