İran rejiminin prokurorunun etirazı ilə azərbaycanlı fəal Ulduz Qasimi yenidən mühakimə ediləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin prokurorunun etirazı ilə azərbaycanlı fəal Ulduz Qasimi yenidən mühakimə ediləcək. Azərbaycanlı fəal məhkəmə işi yenidən baxılmaq üçün rejimin Təbrizdəki Apellyasiya Məhkəməsinə göndərilib.

İran rejiminin prokuroru fəalın məhkəmə işi ilə bağlı Apellyasiya Məhkəməsinə etdiyi müraciətdə yazıb: “Cinayət Prosessual Məcəlləsinin 433-cü maddəsinin “P” bəndinə əsasən, təqsirləndirilən şəxs barəsində bəraət qərarı çıxarılması, qanuna riayət edilməməsi və ya qeyri-münasib cəza təyin edilməsi ilə əlaqədar prokurorun birinci instansiya məhkəməsində çıxarılmış hökmdən apellyasiya şikayəti vermək hüququ vardır”. Beləliklə, rejim prokuroru vasitəsilə azərbaytcanlı fəalı saxta ittihamla cəzalandırmaq istəyir.

Qeyd edək ki, Ulduz Qasimi Təbrizdəki Cinayət Məhkəməsinin 111-ci şöbəsinin onlara qarşı irəli sürülən “Qeyri-adi hərəkətlər etmək və səs-küy salmaqla ictimai asayişi pozmaq, qanunsuz aksiyaya qatılmaqla vətəndaşların iş fəaliyyətlərinə, təhlükəsizliklərinə əngəl törətmək” ittihamından bəraət almışdı. Azərbaycanlı fəal iyulun 24-də Təbrizdə keçirilən etiraz aksiyası ilə əlaqədar yaxalanmış və iyulun 28-də 100 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Molla rejimi tarixi Azərbaycan ərazisi Mərkəzi əyalətdə daha 75 nəfərin əmlakını  müsadirə edib

GADTB: Molla rejimi müxaliflərin əmlaklarını müsadirə etməsi və dondurması ilə bağlı tədbirlərin davam etdiyi bir …

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …