Bazar ertəsi , Noyabr 2 2026
azfa

İran rejiminin Qərbi Azərbaycanda müharibə dövründə 480 nəfəri saxladığı bildirilir

GADTB: İran rejiminin Qərbi Azərbaycan vilayətindəki Məhkəmə İdarəsinin rəhbəri Nasir Ətəbati açıqlayıb ki, rejim rəsmilərinin “Ramazan müharibəsi” adlandırdığı hadisələr zamanı vilayətdə 480 nəfər saxlanılıb.

Ətəbati saxlanılan şəxsləri “düşmən ünsürləri” adlandıraraq onların “düşmən ölkələrlə əlaqədə olmaqda”, “təhlükəsizliyə qarşı fəaliyyət göstərməkdə” və İsrail ilə ABŞ-la əlaqəli şəbəkələrlə əməkdaşlıq etməkdə ittiham olunduğunu iddia edib. O, bu istiqamətdə axtarış və həbslərin davam etdiyini bildirib.

Onun sözlərinə görə, saxlanılanlardan 10 nəfər “Mossad agenti” kimi müəyyən edilib və onlar barədə məhkəmə qərarları çıxarılıb. Ətəbati həmçinin müharibə dövründə üç nəfərin “Mossad əməkdaşı” ittihamı ilə edam edildiyini iddia edib.

Məlumatda saxlanılan şəxslərin kimliyi, onlara qarşı irəli sürülən ittihamların sübutları, məhkəmə prosesinin detalları və müstəqil vəkil yardımından istifadə imkanları barədə hər hansı məlumat verilməyib.

Həmçinin yoxlayın

Aksios: Netanyahu ABŞ-dakı seçkilərdən sonra İrana dərhal zərbə endirilməsini istəyir

GADTB: Amerikanın “Aksios” xəbər saytı Barak Ravidin müəllifi olduğu eksklüziv məqaləsində yazıb ki, ABŞ Prezidenti …

ABŞ yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər

GADTB: Amerikalı jurnalist Taker Karlson ABŞ prezidenti Donald Tramp administrasiyasının yaxın günlərdə İrana nüvə zərbəsi …