İran rəsmisi Ermənistanı dəstəkləyib, Azərbaycan və Türkiyəni hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Parlamentinin Təhlükəsizlik və Əmniyət Komissiyasının üzvü Müctəba Zunnuri Azərbaycan və Türkiyəni hədələyərək deyib: “Azərbaycan və Türkiyə şirin quyruğu ilə oynamaq və İran İslam Respublikasının mənafeyini təhdid etmək istəyən hər hansı bir ölkə İran tərəfindən möhkəm sillə alacaq”.

Qum vilayətindən İran Məclisinə göndərilmiş Müctəba Zunnuri “Farsnews”a açıqlamasında deyib: Cənab İlham Əliyevə məsələ müştəbəh görünüb, o, yanlış təhlilə və əyri düşüncəyə qapılıb. Əliyev güman edib ki, Türkiyə və sionist rejimi ilə ittifaq quraraq bölgədə üçbucaq formalaşdırmaqla bizim şimal sərhədlərimizə təsir edə biləcəklərini və Ermənistanla qonşuluq əlaqəmizi kəsə bilərlər, habelə bu ölkənin ərazisini işğal edərək, Ermənistanla qonşuluğumuza son qoya və Avropaya gedən üç yoldan birini, hansı ki Ermənistandan keçir- kəsə biləcəklər.

O əlavə edib: Bununla Azərbaycan və Türkiyə sionist rejimə söykənərək, bölgədə sionist rejimin silahlarını yayıb və digər tərəfdən anti-İran və anti-İslam əks-inqilabçı qrupların regiona ayaq açmasına şərait yaradıblar. Bütün bunlar İran İslam Respublikası üçün təhdid sayılır. Ona görə də, həm Azərbaycana, həm Türkiyəyə, həm də şirin quyruğu ilə oynamaq istəyən istənilən ölkəyə xəbərdarlıq edirik, nə qədər ki, region ölkələri dostluqdan əl çəkməyiblər, İran İslam Respublikası onlarla dostdur, amma İranın maraqlarını təhdid etmək istəsələr, əlbəttə ki, İslam Respublikası onlara sərt bir sillə vuracaq və əslində, (başqa dövlətlərdən) asılı ölkə başçıları bölgə xalqlarından sərt sillə alacaqlar.

Sitat: Buna görə, Azərbaycan və Türkiyə rəsmiləri ağıllarını başlarına toplamalı və region ölkələrinin maraqlarına xidmət edən yola qayıtmalıdırlar.

Qeyd edək ki, Azərbaycanın milli və dövlət maraqlarını və mənafeyini heçə sayaraq həm Qarabağ savaşı dövründə, həm də son vaxtlar işğalçı Ermənistana və oradan Qarabağdakı separatçı ünsürlərə TIR-larla naməlum və şübhəli yüklər göndərən İran hökuməti Azərbaycan dövlətinin dəfələrlə dostcasına etiraz və xəbərdarlıqlarından sonra Bakının qətiyyətli müqaviməti ilə üzləşib və qonşu dövlətin ərazi bütövlüyünə hörmətsizlik edərək beynəlxalq sərhədlərin pozulmamalı olduğu prinsipləri kobudcasına pozub. /Azadiran

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …