GADTB: ABŞ-ın Müdafiə Kəşfiyyat Agentliyi İranın köməyi ilə Moskvadan təxminən 960 km şərqdə yerləşən ərazidə dron istehsalı mərkəzi inşa etdiyini və zavodun tikintisi tamamlandıqdan sonra Ukrayna müharibəsində Rusiya üçün əhəmiyyətli təsirə malik olacağını açıqlayıb.
Agentliyin analitiklərinə görə, zavodun tikintisi ilə Rusiyanın PUA ehtiyatı indiyədək İrandan aldığı ilə müqayisədə xeyli artacaq.
Qeyd edək ki, sözügedən fabrikin tikilməsinin 2024-cü ilin əvvələrində bitəcəyi planlaşdırılır və İran zavodun tikintisi üçün istifadə ediləcək təchizatları Xəzər dənizi vasitəsilə Rusiyaya göndərəcək./Azad İran