Cümə , Sentyabr 18 2026
azfa

Xiyavda davam edən etirazlarda 3 nəfər həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xiyav şəhərinin (Meşkinşəhr) mis mədəninin ətrafındakı Cəbdərə kəndi və digər kəndlərin sakinləri mədəninin ərazidə qanunsuz fəaliyyət göstərməsinə və ətraf mühitin çirkləndirliməsi, eləcə də Cavad İsmayılzadə adlı etirazçılardan birinin həbsinə etiraz olaraq Xiyav şəhər prokurorluğunun qarşısında etirazlar davam edib. artıq etirazçı əhalidən 3 nəfərinin həbs edildiyi bildirilir.

Dünən ətraf kəndlərin sakinləri mədənin yollarını bağlayıb, mədən işçilərinin fəaliyyətinə mane olub və onları mədəni bağlamağa məcbur ediblər.

Mis mədəninin qeyri-standart fəaliyyəti Cəbdərə , Ağdərə, Tübnə, Hacılı, Dostbəyli, Kolanlı və Sahibdivan kəndlərinin əhalisinin narahatlığına səbəb olub.

Bu mədənin hasilatı və fəaliyyəti baş ofisi İsfahanda olan “Ba Ma Holding” adlı özəl şirkət tərəfindən həyata keçirilir. Adı çəkilən şirkət Qərbi Azərbaycandakı Tikantəpə qızıl mədəninin də sahibidir. Bu şirkətin qanunsuz fəaliyyətinə etiraz edən Tikantəpə şəhərinin sakinləri bu şirkətin sifarişi ilə həbs və təzyiqlərə məruz qalırlar.

Qeyd edək ki, belə mədənlərin qeyri-standart və qeyri-ekoloji fəaliyyəti bölgənin kənd təsərrüfatına və ətraf mühitə ciddi ziyan vurur. Eyni zamanda bu mis mədəninin sərbəst işləyə bilməsi üçün tarixi Ərşəq qalası da dağıdılmışdır.

Son bir neçə ildə Xiyav mis mədəninə qonşu olan kəndlərin sakinləri bu mədənin zərərli fəaliyyətinin qarşısını almaq üçün şəhərin idarə və orqanlarına müraciət etsələr də heç bir nəticə əldə edə bilməyiblər.

Bu məqsədlə Cəbdərə və Tübnə kənd sakinlərietiraz eyləmləri təşkil etsələr də onlar rejim rəsmiləri tərəfindən telefonla təhdid edilmiş və kənd sakinləri Cavad İsmayılzadə, Kazım Əlizadə və Cəlil Şirzadə həbs edilmişdir.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …