Cümə axşamı , Oktyabr 15 2026
azfa

Azərbaycanlı ekoloq Urmiya gölünün qurumasının səbəblərini açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlərin Tədqiqat və Təhsil Mərkəzinin elmi heyətinin üzvü Əhməd Bayburdi Türkiyənin “Anadolu” xəbər agentliyinə müsahibəsində deyib ki, müxtəlif amillər nəticəsində Urmiya gölünün quruması prosesi 90-cı illərdən başlayıb və gölün qurumasında 70% insan amili, 30% isə iqlim və təbii amillərin rolu olub.

Bayburdi üzüm bağlarının alma bağına çevrilməsi, gölün ətrafında çox sayda quyuların qazılması, gölü qidalandıran çayların üzərində bəndlərin tikilməsi, gölün ortasında keçidin inşasını Urmiya gölünün qurumasına təsir edən əsas amillər adlandırıb.

O, həmçinin digər tərəfdən gölün suyunun buxarlanma sürətinin yüksək olduğuna da diqqət çəkib və buna əsas səbəb kimi gölün ortasından salınan yolu göstərib.

“Buxarlanmanın qarşısını ala bilməsək, su axını artsa belə, Urmiya gölü bərpa olunmayacaq”,- ekoloq vurğulayıb.

Qeyd edək ki, yanvarın 2-ə olan məlumata görə, göldə ekoloji problem davam edir və son mövsimi yağışlara baxmayaraq, hazırda Urmiya gölündə olan su həcmi 1 milyard 240 milyon kubmetrdir.

Bununla yanaşı göldə suyun səviyyəsinin 1270,13, gölün sahəsinin isə 930 kvadrat kilometr olduğu bildirilib.

https://t.me/GADTB1/39655

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …