Cümə axşamı , May 7 2026
azfa

İran saytı: “Bakı rejiminə” qarşı çıxmaq üçün İran və Ermənistan arasında güclü iqtisadi əlaqələr

GADTB: Hər zaman Azərbaycan əleyhinə qərəzli mövqeyi ilə fərqlənən İranın “Tahririeh” saytı yazır: “İranın Dövlət Proqram və Büdcə Təşkilatının sədri deyib: “İran və Ermənistan arasında ticarətin həcmi özəl sektora diqqət yetirməklə inkişaf etdiriləcək”.

Seyid Məsud Mirkazımi işğalçı Ermənistanın Tehrandakı səfiri Arsen Avakyanla görüşdə iki ölkənin strateji əlaqələrinə toxunaraq deyib: “İki ölkə arasında yaxşı siyasi münasibətlərin olmasına baxmayaraq, təəssüf ki, iqtisadi əlaqələrin həcmi heç də uyğun deyil”.

İranın Avrasiya İttifaqı və Şanxay Təşkilatına üzv olmasına işarə edən vitse-prezident bildirib: “Tehran və İrəvan ikitərəfli münasibətlərin inkişafına maneələri aradan qaldırmalıdırlar ki, özəl sektor ticarətin səviyyəsini artıra bilsin”.

O qeyd edib ki, İranın ticarət mərkəzi tezliklə özəl sektor tərəfindən Ermənistanda yaradılacaq: “Biz də Tehranda Ermənistanın oxşar biznes mərkəzinin açılmasına kömək etməyə hazırıq, çünki hesab edirik ki, iki ölkənin özəl sektorları bir-birlərinin bazarları və imkanları haqqında kifayət qədər məlumatlara malik deyillər”.

Görüşdə Ermənistan səfiri də iki ölkə arasında iqtisadi əlaqələrin artırılmasının vacibliyini vurğulayıb və əlavə edib: “İki ölkə arasında ticarətin həcminin bir milyard dollara çatması üçün xüsusilə nəqliyyat sektorunda mövcud maneələr tez bir zamanda aradan qaldırılmalıdır”.

“Ermənistandan keçən Qara dəniz-Fars körfəzi dəhlizinin açılmasına diqqət hər iki ölkə tərəfindən vurğulanır və biz yol infrastrukturunun inkişafında İran şirkətlərinin iştirak etməsinə hazırıq”,-deyə Avakyan bildirib./ Azad İran

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …