Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Təbrizli bacılar girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin məmurlarının Təbrizdə həbs etdiyi azərbaycanlı iki bacı Aysan və Sədiqə Adıbeyg girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıblar.

12 oktyabrda Təbrizdə keçirilən etirazlar zamanı mülki geyimli məmurlar tərəfindən döyülərək həbs edilən 17 yaşlı orta məktəb şagirdi  Sədiqə Adıbeyg iki gün öncə girov qarşılığında Təbriz zindanından zaminə buraxılmışdı.

20 yaşlı Universitet öyrəncisi olan Aysan Adıbeyg isə dünən axşam girov qarşılığında zaminə buraxılıb.

Təbrizdə molla rejiminin məmurları tərəfindən qanunsuz olaraq döyülərək yaxalanan bacıların nə ilə şərlənib və nədə ittiham edilməsi hələlik məlum deyil.

Həmçinin yoxlayın

Molla rejimin cəlladlarından Hüseyn Taib etirazçıları raket zərbələri və qırğınla hədələdi

GADTB: SEPAH-ın keçmiş Kəşfiyyat Təşkilatının rəhbəri Hüseyn Taib dinc etirazçıları İsraillə eyni sıraya qoyaraq, dolayısı …

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …