Çərşənbə , Oktyabr 21 2026
azfa

Hicabsız yarışa qatılan azərbaycanlı idmançıdan xəbər yoxdur; girov götürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hicabsız yarışa qatılan azərbaycanlı idmançı Elnaz Rekabidən heç xəbər yoxdur. Onun Seulda keçirilən idman yarışında hicabsız çıxış etdiyi üçün molla rejimi tərəfindən girov götürüldüyü deyilir.

Güney Azərbaycanın Zəngan şəhərindən olan və İranın qayayadırmanma üzrə qadınlardan ibarət milli komandasının üzvü olan tanınmış idmançı Elnaz Rekabi son yarışda hicabsız iştirak edib.

Elnaz Rikabinin idmançı dostları bildirir ki, onun telefon nömrəsinə zəng çatmır və idmançıların qaldığı hoteldə də yoxdur.

Azərbaycanlı idmançının İrana qayıtmamaq və sığınacaq almaq üçün hoteli tərk etdiyi ehtimal edilsə də, sonradan onun girov kimi İran səfirliyinə aparıldığı məlum olub.

Koreyada keçirilən beynəlxalq yarışda İran hökumətinin məcburi hicab qanununa və gənc qadınları hicab bəhanəsilə öldürməsinə etiraz olaraq hicabsız çıxış edən Elnaz Rekabini aldadan İran səfiri Rza Zareyi onu heç bir təhlükəsizlik problemi olmadan Tehrana aparacaqlarına söz verib, lakin oradan girov kimi hava limanına göndərilmək üçün İran İslam Respublikasının Seuldakı səfirliyinə salıb.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …