Bazar , Yanvar 17 2021
azfa

İran Urmiyada erməni təcavüzünü pisləyən 10 nəfər azərbaycanlı fəalı məhkəməyə çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə İranın Urmiyada həbs etdiyi 10 nəfər azərbaycanlı fəal məhkəməyə çağırılıb.

Azərbaycanlı fəallar Yunus Şirzad Cavan, Ramin Xuda Bəxş, Salar Tahir Əfşar, Səhənd Behnumun, Hüsniyə İntixabi Hənsənluyi, Ramin Dehqan, Erfan Mehdi Xanlı Saatlu, Əmir İzzəti Heydərlu, Fərhad Məhəmmədi və Cavad Rizayi noyabrın 22-də bazar günü məhkəmə tərəfindən göndərilən elektron bildirişə görə, Urmiyada Ümumi və İnqilab Prokurorluğunun 8-ci şöbəsinə çağırılıblar.

Azərbaycanlı fəallar 5 gün ərzində təyin olunan şöbədə hazır olmaları istənilib.

Urmiya şəhərində Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək mitinqində həbs edilən bu azərbaycanlı fəallar ictimai asayişi pozmaq və qanunsuz mitinqlərdə iştirak etməkdə ittihamlandırılır. Görünür Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləmək molla rejimi üçün ictimai asayişi pozmaq və qanunsuz mitinqlərdə iştirak etmək mənasına gəlir.

Sentyabrın 29-dan bəri Güney Azərbaycanda Azərbaycan Respublikası və ordusuna dəstək üçün keçirilən mitinqlərdə çox sayda milli fəal və adi vətəndaş İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb.

Mitinqlərdə saxlanılan şəxslərin bir çoxu mülki zəmanət qarşılığında sərbəst buraxılsa da, onların haqqında başladılan mühakimə prosesi davam edir.

Amnesty International Güney Azərbaycanın müxtəlif şəhərlərində milli fəalların geniş miqyasda həbs olunmasından narahatlığını bildirərək, onların qeyd-şərtsiz azad edilmələrini tələb edib.

Həmçinin yoxlayın

Türk Şurasının nümayəndə heyəti işğaldan azad olunan Ağdama getdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti Ağdamın …

Ərdəbildə aclıq aksiyası keçirən siyasi məhbusa dəstək aksiyası keçirilib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində bir qrup azərbaycanlı milli-mədəni …

Bir cavab yazın