Şənbə , Aprel 20 2024
azfa

Türkiyə Ermənistanın hərbi cinayətlərini bir hesabatla dünyaya elan edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Ombudsman İnstitutu tərəfindən Ermənistan ordusu tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində insan hüquqları pozuntularına dair hesabat hazırlanıb.

Ermənistan ordusu tərəfindən Azərbaycanda törədilən müharibə cinayətlərindən bəhs olunan hesabat bu həftədən etibarən Türkiyə və dünyadakı müvafiq qurum və təşkilatlar vasitəsilə Avropa Birliyi ölkələrinin parlamentlərinin insan haqları komissiyalarına göndəriləcək.

Hesabatla əlaqədar “Anadolu” agentliyinə danışan Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç ombudsmanların iki vəzifəsi olduğunu bildirib. O qeyd edib ki, bunlardan birincisi ölkədə dövlət xidmətləri göstərən rəhbərlik ilə vətəndaşlar arasında vasitəçilik yolu ilə problemləri həll etmək, ikincisi isə milli və beynəlxalq aləmdə insan hüquqlarının qorunması və inkişafı üçün çalışmaqdır.

Hesabat hazırlanarkən Azərbaycana səfər etdiklərini və Ermənistan ordusunun hücumları nəticəsində zərər görən mülki yaşayış yerlərini araşdırdıqlarını bildirən Malkoç, “Azərbaycana səfərimiz zamanı xüsusilə münaqişə zonasından kənarda yerləşən Gəncə, Tərtər, Goranboy, Ağdam və hətta Bakının mülki yaşayış məntəqələrini gəzdik. Gəncə döyüş meydanından onlarla kilometr kənarda olsa da, Ermənistandan raket zərbəsi ilə vurulub, həmçinin Tərtərə də eyni şəkildə zərbələr endirilib”,- deyə qeyd edib.

Malkoçun sözlərinə görə, hesabatda Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən hücumların xronoloji sıralaması da daxil edilib.

“Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində həyatını itirən mülki şəxslərin şəkillərini və şəhid olduqları yerləri ayrı-ayrılıqda araşdırdıq”,- deyə Malkoç bildirib.

Ermənistanın müharibə cinayətləri törətməsinə baxmayaraq məsuliyyət daşımayacağını zənn etməsinə diqqət çəkən Malkoç, “Onların unutduqları bir şey var, indi dünya köhnə dünya deyil, Azərbaycan köhnə Azərbaycan deyil, Türkiyə köhnə Türkiyə deyil. Bu səbəbdən onları bu günə qədər qudurdanların onları qoruyacağını zənn edirlər. Ancaq bu hesabat Ermənistanın insan haqları pozuntularına dair beynəlxalq məhkəmələrdə dəlil olacaqdır”,- deyə sözlərinə əlavə edib.

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Bir cavab yazın