Çərşənbə axşamı , May 28 2024
azfa

İran və Ermənistan birgə Azad Ticarət Zonasının yaradılması barədə razılığa gəliblər

GADTB: İranın Azad Ticarət Zonaları Ali Şurasının maliyyə institutlarının üzrə koordinatoru Zohre Bəhrebər bu gün səhər birgə azad iqtisadi zonalarla bağlı xüsusi iclasda deyib: “İran və hədəf ölkələr arasında birgə azad ticarət zonalarının yaradılması Azad İqtisadi Zonaları Ali Şurasının Katibliyinin gündəliyindədir, biz bu məsələnin reallaşmasının vacibliyini vurğulamışıq və onların formalaşması yönündə səylərimizi davam etdiririk”.

O, Araz və Mehri Azad Ticarət Zonasının yaradılmasına çalışdıqlarını bildirib: “Bu məsələnin reallaşması üçün İran prezidentinin müşaviri və Azad İqtisadi Zonaların Ali Şurasının katibi Ermənistanın Tehrandakı səfiri Arsen Avaqyanla görüşüb, danışıqlar aparıb”.

 “Mərkəzi Asiya ölkələrinin bir çoxu Şərq-Qərb dəhlizinin yaradılması üzərində çalışır və Araz Azad Ticarət Zonası sözügedən dəhlizin üzərində yerləşdiyinə görə mühüm rol oynaya bilər”,- Bəhrevər deyib./ Azad İran

Həmçinin yoxlayın

Bu gün İranda növbəti anti-Azərbaycan tədbiri keçiriləcək

“Tələbə” İnformasiya Agentliyi xəbər verir ki, bu gün, mayın 27-si günorta saatlarında Şahed Universitetində “Azərbaycan …

Molla rejimi helikopter qəzasına görə Azərbaycanın tarixi bölgəsinin adını dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi helikopter qəzasına görə Azərbaycanın tarixi …