Cümə axşamı , Oktyabr 15 2026
azfa

İran XİN: “Azərbaycanın Tehrandakı səfirliyinin diplomatik fəaliyyətinin bərpası üçün hazırlıq görülüb”

GADTB: Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani jurnalistlərlə keçiridiyi mətbuat konfransında Azərbaycanın İrandakı səfirliyinin açılması ilə bağlı son vəziyyət haqqında deyib:

“Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin diplomatik fəaliyyətinin bərpası istiqamətində müsbət addımlar atılıb. Xarici işlər nazirləri səviyyəsində uğurlu danışıqlar aparılıb.

Azərbaycanın diplomatik nümayəndə heyəti bu ölkənin Tehrandakı səfirliyinin fəaliyyəti ilə bağlı hazırlıq işləri ilə tanış olmaq üçün İrana səfər etmişdi. İkitərəfli siyasi və diplomatik əməkdaşlığın canlandırılması və səfirliyin diplomatik fəaliyyətinin bərpasına dair fikir birliyi var”./ Azad İran

Həmçinin yoxlayın

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …