Şənbə , Oktyabr 17 2026
azfa

“Traxtur”un uduzdurulmasından ürəyi dayanan “Traxtur” tərəfdarı torpağa tapşırılıb

GADTB: “Traktor” komandası ilə İsfahanın “Zob Ahan” komandaları arasında keçirilən oyun zamanı insult keçirən və sonra xəstəxanada dünyasını dəyişən Əhəd Gülilaləli Təbrizin Lalə qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, “Zob Ahan”ın “Traxtur”un qapısına üçüncü qolu vurmasından sonra Əhəd Gülilaləli insult keçirib və xəstəxanaya köçürülüb. Lakin, təəssüf ki, o, aprelin 13-də dünyasını dəyişib.

Qeyd edək ki, əsasən liqanın sonlarında Traxtur komandası qəsdən uduzdurulur. Bu dəfə də belə hal baş verib. İsfahan komandasının 4:1 hesablı qələbəsi ilə başa çatan oyundan sonra xallarının sayı 40-a bərabər olan “Traxtur” üçüncü pillədə qərarlaşıb.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …