Şənbə , Yanvar 11 2025
azfa

İran zəifləyib və nüvə sazişi əldə etməyə cəhd edə bilər

GADTB: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyom Börns Tehranın son regional uğursuzluqlarına toxunaraq deyib ki, İran zəif vəziyyətdədir və bu durum İran hökumətini ciddi nüvə danışıqlarında iştirak etməyə sövq edə bilər.

O, bildirib ki, İranın hazırkı prioriteti ayaqda qalmasını təmin etməkdir.

“Son altı-yeddi ay ərzində İranın strateji mövqeyi əhəmiyyətli dərəcədə zədələnib. İsrailə qarşı iki uğursuz raket hücumları, ən mühüm proksi qüvvəsi Hizbullahın məğlubiyyəti, Qəzza zolağında HƏMAS-ın gücünün zəifləməsi, İran hökuməti strateji baxımdan zəif mövqeyə qoyub”, – deyə, MKİ rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, İranın hazırkı vəziyyəti Tehranın nüvə proqramı ilə bağlı danışıqlara başlamasına imkan yarada bilər. / Azad İran

Həmçinin yoxlayın

Çinlilər onlarla azərbaycanlı işçinin Vərzağandakı Xankəndi (Məzrəə Şadi) qızıl mədənində işləməsinə mane olublar

Güney Azərbaycanın Vərziğan şəhərindəki Xankəndi (Məzrəe Şadi) qızıl mədənində çinli podratçı çox sayda azərbaycanlı işçinin …

PKK terror təşkilatının təslim ola biləcəyi ehtimal olunur

GADTB: PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir. Bu barədə “Türkiye” qəzeti …