Çərşənbə , Oktyabr 14 2026
azfa

İrana İsrailə hücumla bağlı ciddi xəbərdarlıq edildi

GADTB: İsrailin “Kanal 14” televiziyası xəbər verib ki, İran bu ölkəyə hücumu edəcəyi halda İsrail bu dəfə birbaşa İran ərazisinə qəti şəkildə cavab zərbəsi endirəcək.

Eyni zamanda ABŞ da İrana xəbərdarlıq edərək İsraili ciddi qoruyacağını bildirib.

Həmçinin Almaniya, Britaniya və Fransa İrana xəbərdarlıq edərək İsrailə qarşı hücum etməməsini tələb ediblər.

Bu barədə Almaniya kansleri Olaf Şults, Böyük Britaniyanın baş naziri Key Starmer və Fransa prezidenti Emmanuel Makron birgə bəyanat yayıb.

3 ölkənin birgə yaydığı bəyanatda bildirilib ki, İranın və ona bağlı qüvvələrin bu addımı bölgədə gərginliyi artıra, İsrail və radikal HƏMAS qruplaşması arasında ehtimal olunan atəşkəs danışıqlarını poza bilər.

“Bu kontekstdə xüsusilə İran və müttəfiqlərindən regional gərginliyi artıran, atəşkəsə nail olmaq və girovların azad edilməsi ehtimalını təhlükə altına qoyan hücumlardan çəkinmələrini xahiş edirik”,- bəyanatda qeyd olunub.

Həmçinin yoxlayın

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …