
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerikanın dövlət katibi Entoni Blinken iyunun 13-də Cənubi Koreyanın xarici işlər naziri ilə birgə nüvə anlaşması və Qəyyumlar Şurasının İran əleyhinə qəbul etdiyi qətnamə ilə bağlı birgə mətbuat konfransında çıxış edib.
“Tehran çox tez qərar verməlidir ki, danışıqları davam etdirmək istəyir, ya yox”, – deyə Amerikanın dövlət katibi bildirib.
Blinken Beynəlxalq Ajansın müşahidə kameralarının İran hakimiyyəti tərəfindən dayandırılmasına toxunaraq, İranın bu addımının nüvə anlaşmasının canlandırılmasının da qarşısını aldığını vurğulayıb.
“Məsələ, əsasən İrandan asılıdır və biz tezliklə İranın öz davranışları əsasında nə etmək niyyətində olduğunu görəcəyik. Rəsmi Tehrandan indiyə qədər gördüyümüz davranışlar ürəkaçan deyil”, – deyə Binken fikrini tamamlayıb.