Bazar , Oktyabr 18 2026
azfa

İranda siyasi məhbuslar Qızılhisar zindanında baş verən insan fəlakəti barədə xəbərdarlıq ediblər

GADTB: Bir qrup siyasi məhbus Qızılhisar zindanında daha bir insan faciəsinin baş verməsi və həbsxananın 4-cü bölməsinin Kərəcin mərkəzi zindanına təhvil verilməsi barədə xəbərdarlıq edib və Qızılhisar həbsxanasının yalnız bir bölməsində ölüm cəzasına məhkum edilən 1600 məhbusun olduğunu ifşa edib.

Məlumata görə, bu barədə xəbərdarlıq edən 12 siyasi məhbus insan hüquqlarını pozan bu üsul və davranışlara kəskin etiraz və narahatlığını bildirib.

Siyasi məhbuslar qeyd ediblər ki, ümumilikdə 8 min nəfərlik tutumu olan Qızılhisar zindanında hazırda 12 minə yaxın məhbus dəhşətli və dözülməz şəraitdə saxlanılır./ Azad İran

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …