Cümə axşamı , Oktyabr 15 2026
azfa

“Araz Araz” mahnısının şairi azərbaycanlı şair Bəhmən Zamani vəfat edib

GADTB: İctimai-siyasi fəal, ömrünü Azərbaycan türk dilinə və xalqına həsr etmiş tanınmış Azərbaycan şairi, ustad Bəhmən Zamani dünen bazar ertəsi yanvarın 6-da, bir müddət davam edən xəstəlikdən sonra Təbrizdə vəfat edib.

Bəhmən Zəmani məşhur Azərbaycan yazıçısı Səməd Behrənginin şərəfinə İranda 1979 inqilabından əvvəl məşhur “Araz-Araz” poemasını yazıb.

1979 inqilabından sonra da ustad Bəhmən Zəmaninin “Araz” adlı kitabı və alovlu şeirlərindən ibarət bir neçə kaseti yayılmışdı. Təəssüflər olsun ki, Zamaninin bir çox yazıları indiyədək çap olunmayıb

Ustad Zamaninin cənazəsi bu gün, Təbrizin Vadi Rəhmət qəbiristanlığında torpağa tapşırılacaq.

Həmçinin yoxlayın

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …