Cümə , Noyabr 13 2026
azfa

İranda yeni xalq üsyanı ehtimalı artır

GADTB: “The New York Post” qəzeti İslam Respublikasına qarşı olan iki mənbəyə istinadən bildirib ki, İranda etirazçıların edamı, dərinləşən iqtisadi böhran və müharibənin davam etməsi ölkədə yeni xalq üsyanı ehtimalını artırıb.

Məlumata görə, hakimiyyət əleyhdarları 2026-cı ilin yanvar etirazlarının təcrübəsini təhlil edir və yeni təşkilatlanma üsulları üzərində işləyirlər. Onların sözlərinə görə, əvvəlki etirazların qanlı şəkildə yatırılması və minlərlə insanın həlak olması yeni etirazların başlamasını indiyədək gecikdirən əsas amillərdən biri olub.

Qəzet həmçinin həmin mənbələrə istinadla iddia edir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) şəhərlərə nəzarəti gücləndirmək üçün xarici qüvvələrdən və yeniyetmələrdən istifadə edir.

Həmçinin yoxlayın

Təbrizdə sürücülər sığortanın olmamasına və maaşların artırılmamasına etiraz olaraq tətilə başladılar – Video

GADTB: 1405-ci il aban ayının 20-də, çərşənbə günü günorta saatlarında Təbrizdə zibil, lil və tikinti …

62 günlük hüquqi mübarizədən sonra məhkəmə qərarı ilə Seginin valideyni övladlarına doğum haqqında şəhadətnamə ala biliblər

GADTB: Qərbi Azərbaycanda Qoşaçay (Miyandab) və Çarbürc VVAQ idarələrinin türk dilində olan “Sevgi” adı ilə …