Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Pentaqon İrana təzyiqi artırmaq üçün yeni ideyalar axtarır

GADTB: CNN xəbər verir ki, ABŞ ordusu şəxsi heyətindən İrana təzyiqi artırmaq üçün yeni təkliflər və ideyalar irəli sürməyi istəyib.

Məlumata görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) kəşfiyyat zabitlərindən biri analitiklərə göndərdiyi elektron məktubda yazıb:

“Biz İrana təzyiq göstərmək və onu cəzalandırmaq üçün yeni, yaradıcı və qeyri-ənənəvi yollar axtarırıq.”

Hesabatda qeyd olunur ki, bu addım ABŞ-ın indiyədək tətbiq etdiyi ənənəvi təzyiq vasitələrinin – hərbi əməliyyatlar və maliyyə sanksiyalarının nəticələrindən tam razı olmadığını göstərir.

CENTCOM-un sözçüsü kapitan Timoti Hokins CNN-ə bildirib:

“ABŞ Mərkəzi Komandanlığı innovativ düşüncə və fəaliyyət sahəsində uzun tarixə malikdir. Admiral Kuper də xüsusi olaraq, hərbi rütbəsindən asılı olmayaraq, komandamızın bütün üzvlərini əməliyyat fəaliyyətinin ən yüksək səviyyəsinə nail olmaq üçün öz ideyalarını təqdim etməyə təşviq edir.”

Həmçinin yoxlayın

Sevginin anası 277 günlük mübarizə sonra övladı üçün Tehran Vətəndaşlıq Qeydiyyatı İdarəsindən doğum şəhadətnaməsi ala bildi

GADTB: Şimali Xorasan vilayətinin Şirvan rayonundan olan, Tehranın Bumehn şəhərində yaşayan xorasanlı türk ana 9 …

Britaniya: İran İslam Respublikasının nüvə silahı əldə etməsinə imkan verə bilmərik

GADTB: Britaniyanın baş naziri Endi Börnham bildirib ki, ölkəsinin hökuməti ABŞ və İsrailin İranla müharibəsinə …